27.10.2021
27.10.2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalının işçiləri Kəlbəcər rayon 9 saylı tam orta məktəbin 3-cü sinif şagirdləri ilə 44 günlük Vətən Müharibəsində könüllü iştirak edən qazi Məmmədov İlkin Elçin oğlu ilə görüş keçirildi.
Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Oxu zalın müdiri Həbibullayeva Mehriban açaraq bildirdi ki, Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiyymətləndirir, sizin kimi mərd və cəsarətli oğulların olması ilə fəxr edir, milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlməsindən danışdı.
Tədbirdə qazi 27 sentyabr 2020-ci il tarixində könüllü olaraq Vətən müharibəsinə getməsindən, Murovdağ, Cəbrayıl, Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etməsindən, Xocavənd rayonunda yaralnmasından danışdı. Tədbirdə şagirdlər hərbivətənpərvərlik mövzusunda şeirlər söylədi
Qazi Məmmədov İlkin Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Vətən uğrunda”, “Füzuli azad olunması ”, “Cəbrayılın azad olunması”, “Xocavəndin azad olunması” medalları ilə təltif olunmuşdur.